Yuxarı

DGK məzunlarına diplom təqdim olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DGK məzunlarına diplom təqdim olundu

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsini 2019/2020-ci tədris ili üzrə bitirən tələbələrə məzun diplomları təqdim olunub.

Axar.az xəbər verir ki, akademiya rəisi Qulu Novruzov məzunlara bundan sonrakı təhsil mərhələlərində və həyatda uğurlar arzulayıb.

Akademiya rəisi bildirib ki, pandemiyaya görə burada mart ayından dərslər və imtahanlar, o cümlədən buraxılış işlərinin müdafiəsi onlayn təşkil olunub. O, tələbələrin onlayn dərslərdə iştirakının və fənlərin məzmununun qavranılmasının yüksək səviyyədə olduğunu vurğulayıb.

Dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin də karantin dövrünə təsadüf etdiyini bildirən Qulu Novruzov buna baxmayaraq buraxılış işlərinin müdafiəsi və səviyyəsinin ürəkaçan olduğunu və uğurla başa çatdığını xatırladıb.

“Nəzərdə tutulan akademik öhdəliklərin yerinə yetirilməsi üçün maksimum dərəcədə bütün lazımı işlər görüldü”, - Akademiya rəisi qeyd edib.

Qulu Novruzov keçənilki məzunların gömrük orqanlarında işlə təmin olunması haqda söz açıb. Akademiya rəisi bildirib ki, artıq ikinci ildir həqiqi hərbi xidmətini başa vurmuş məzunların sənədləri Akademiya tərəfindən Komitəyə göndərilir.

Daha sonra məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Akademiyadan 40 tələbə məzun olub. Onlardan 19 nəfəri “İqtisadiyyat”, 21 nəfəri “Hüquqşünaslıq” ixtisası üzrə bitirib.

Məzunların əksəriyyəti Azərbaycanın, o cümlədən Gömrük Akademiyasının və bir sıra xarici ölkələrin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Məzun tələbələrdən həqiqi hərbi xidmətə gedənlər də var.

Tarix
2020.08.10 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla