Yuxarı

Tovuzdakı bu evlər sökülməyə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzdakı bu evlər sökülməyə başladı

Bu ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Tarix
2020.08.11 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla