Yuxarı

Fərdi sahibkarlara şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərdi sahibkarlara şad xəbər

Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49 min 421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçirilir.

Qeyd edək ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111 min 209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106 min 907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub. Yaxın zamanlarda isə pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərərçəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Tarix
2020.08.12 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla