Yuxarı

İlham Zəkiyev sədr oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Zəkiyev sədr oldu

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçkiləri keçirilib.

Axar.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.

İclasda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançilar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.

Sonra komissiya üzvləri tərəfindən sədrlik üçün komissiyanın üzvü, cüdoçu ikiqat paralimpiya çempionu İlham Zəkiyevin namizədliyi irəli sürülüb. Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri seçilib.

Ona göstərilən etimada görə İ.Zəkiyev təşəkkürünü bildirib, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, olimpiya oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb. Keçirilən səsvermədə bu təklif də yekdilliklə dəstəklənib və Hacı Əliyev İdmançılar Məsləhətçi Komissiyasının sədr müavini seçilib.

İclasda çıxış edən idmançılar bildirib ki, təmiz idmanın qorunması baxımından antidopinq sahəsində idmançıların öz hüquq və vəzifələrini bilməsi, habelə maarifləndirmə işlərində idmançıların aktiv iştirak etməsi vacibdir. Ona görə də İdmançılar Məsləhətçi Komissiyası məhz bu istiqamətdə fəal işləməli və AMADA-da idmançıları layiqincə təmsil etməlidir.

Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub. 12 üzv idmançıdan ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir.

Tarix
2020.08.12 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla