Yuxarı

Xeyli insan bu sahədə işlə təmin olunacaq - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xeyli insan bu sahədə işlə təmin olunacaq - Deputat

Taksi sistemində rəqabətin, eyni zamanda ekoloji standartların qorunmasına ehtiyac var.

Bunu Axar.az-a Milli Məclisin deputatı Vüqar Bayramov LEVC TX modelli taksilərin Bakıya gətirilməsi haqda danışarkən deyib. Millət vəkili vurğulayıb ki, yeni taksilərin ölkəyə gətirilməsi keyfiyyətin artırılması baxımından da vacib hesab edilməlidir:

“Nəticə etibarilə bu, taksi xidmətinin keyfiyyətinin artırılmasına xidmət edir. Eyni zamanda, yeni taksilərin ölkəyə gətirilməsi məşğulluğun təmin edilməsinə də dəstək olacaq”.

Vüqar Bayramov ölkədəki taksi sektoru ilə bağlı təklif də verib:

“Bizim təklifimiz ondan ibarətdir ki, bütövlükdə ölkənin taksi sektoru təkmilləşdirilməli, keyfiyyət artırılmalıdır. Eyni zamanda, rəqabətin gücləndirilməsi də davam etdirilməlidir. Nəticə etibarilə taksi sferasında rəqabət çox önəmlidir. Xüsusən son illərdə rəqabətin artması taksi xidməti tariflərinə də birmənalı şəkildə öz təsirini göstərir. Bu, həm keyfiyyət, həm də məşğulluq baxımından əhəmiyyətlidir. Növbəti dövrlərdə də bu sektora sərmayə qoyuluşunun artırılması vacibdir. Çünki bu, həm keyfiyyətin artırılmasına, həm də ekoloji, sağlamlıq, təhlükəsizlik kimi meyarların gözlənilməsinə imkan yaradır”.

Tarix
2020.08.14 / 12:56
Müəllif
Tural Turan
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla