Yuxarı

Qənnadı kafelərində biabırçılıq - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şirniyyat məmulatları, ayaqüstü yeməklər verilən restoranlardan tez-tez şikayətlər daxil olur. Bu şikayətlərin əsas leytmotivi məhsulların köhnə, vaxtı keçmiş olması, natəmizliyin hökm sürməsidir.

Belə restoranların əksəri mənfəətə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçir.

Bu günlərdə Axar.az-a bu cür daha bir şikayət daxil olub. Metronun "Elmlər Akademiyası" stansiyası qarşısında "Başkent" şirniyyat evi deyilənlərdən geri qalmır. Bu şirniyyat evində köhnə kökələr (peraşki), sosiska-çörəklər, vaxtı keçmiş tortlar satılır. Satıcılar isə müştərilərlə nəzakətlə davranmır, etik qaydaları belə bilmirlər. Hətta plasmas içki qabı da 10 qəpiyə satılır.

Şikayət məktubunda deyilir ki, istehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti burada ən sonuncu məsələdir:

"Tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. Ancaq həm bu restoranda, həm "Çudo Peçka"da, digər qənnadı mağaza-kafelərində tortlar 10 gündən artıq saxlanılır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a açıqlamasında şəhərdəki şirniyyat evləri ilə bağlı dəfələrlə belə şikayətlərin daxil olduğunu bildirib:

"Ən çox şikayət daxil olan şirniyyat evlərindən biri "Çuda Peçka"dır. Bundan başqa, "Azza" şirniyyat evindən də dəfələrlə şikayət daxil olub. Şikayətlər şirniyyatın köhnəliyindən, tərkibindən, qiymətinin bahalığından olur. "Başkent" şirniyyat evi ilə bağlı isə telefon zəngləri olub dəfələrlə ki, məhsulları keyfiyyətsizdir, köhnədir".

E.Hüseynov qeyd edib ki, şirniyyat evlərində satışa çıxarılan tortların, şirniyyatların 95 faizinin üzərində istehsal tarixi yoxdur. Bu da o deməkdir ki, əhaliyə külli miqdarda vaxtı keçmiş, köhnə biskvit və tort məmulatı satılır:

"Bu gün istehsal edilən və satışa çıxarılan tort məmulatlarının üzərində içində hansı məhsuldan nə qədər istifadə edilməsi haqqında məlumat yerləşdirilmir. Bununla da alıcını aldadırlar. Əslində isə yeyinti məhsulları haqqında qanunun tələblərinə görə, istifadə edilən bütün məmulatların miqdarı göstərilməlidir. Bu sahədəki əsas problem isə öncədən sifarişı verilən şirniyyatların hazırlanmasında reseptə düzgün əməl edilməməsidir. Məsələn, müştəri qozlu tort sifariş edir, ancaq tortun hazırlanmasında çox az miqdarda qozdan istifadə edilir və qoz əvəzinə başqa nələrsə vurulur".

E.Hüseynovun sözlərinə görə, bu cür halların qarşısını almaq məqsədilə dəfələrlə reydlər, yoxlamalar keçirilib. Ancaq belə neqativ halların qarşısını tam almaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bu məntəqələrdə reydlər keçirir.

Tarix
2015.04.14 / 13:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla