Yuxarı

Bulvarda oyun meydançaları pulludur? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda oyun meydançaları pulludur? - Rəsmi

Sosial şəbəkələrdə Dənizkənarı Milli Parkda vətəndaşların istirahəti üçün nəzərdə tutulan stadionun pullu olması barədə məlumatlar yayılıb. Məlumatda qeyd edilir ki, guya, Dənizkənarı Milli Parkın ərazisində həndbol və basketbol oynamaq üçün nəzərdə tutulan meydançalara görə vətəndaşlardan pul tələb olunur.

Axar.az xəbər verir ki, Səbail rayonu, 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz parkda idman həvəskarları anlaşılmaz vəziyyətlə üzləşib. Parkda basketbol və həndbol meydançaları var. Bunlardan istifadə, əslində, pulsuzdur, amma ərazinin baxıcıları axşam saatlarında meydançaları işıqlandırmaq üçün ödəniş tələb edirlər. Hər meydana görə 1 saat üçün 5 manat istəyirlər. Guya, rəhbərlik onlara işığa qənaət etməyi tapşırıb, həmçinin sərf olunan işığın xərci ödənilməlidir.

Məlumata görə, axşam saatlarında idman meydançalarından birində işıq yanır, birində yox. Qaranlıq yerdə pul verməyənlər, işıqlı yerdə pul verənlər oynayır.

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı isə Trend-ə bildirib ki, adıçəkilən ərazi bulvar ərazisi deyil:

"Həmin park bulvara aid deyil, sözügedən park yolun o biri tərəfində olan ayrıca parkdır".

Tarix
2020.09.14 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla