Yuxarı

İşdən qovulan rəis müavininin yerinə təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşdən qovulan rəis müavininin yerinə təyinat

Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub.

 

Report xəbər verir ki, müvafiq əmrə əsasən, polis kapitanı Kənan Abışov Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəis müavini təyin edilib.


K.Abışov bu təyinata qədər Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) baş əməliyyat-müvəkkili vəzifəsində çalışıb. O, daxili işlər orqanlarında çalışan peşəkar polis zabitlərindən biri hesab olunur. K.Abışov Binəqədi RPİ-də işlədiyi müddətdə rayon ərazisində törədilən ağır cinayətlərin açılmasında müstəsna xidmətlər göstərib, cinayətkarlığa qarşı amansız mübarizə aparıb. Peşə fəaliyyətini bacarıqla yerinə yetirdiyi üçün K.Abışov dəfələrlə rəhbərlik tərəfindən xüsusi mükafatlara layiq görülüb.


Qeyd edək ki, 38-ci PB-nin keçmiş rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə edən zaman Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol polisləri tərəfindən saxlanılmışdı. Keçmiş rəis müavini yol polislərinə hörmətsizlik etdiyi və onlara tabesizlik göstərdiyi üçün onun barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsində araşdırma aparılmışdı və R.Şərifov polis sıralarından xaric edilmişdi.

Tarix
2015.04.21 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla