Yuxarı

“Masazır” gölü ilə bağlı araşdırmalara başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Masazır” gölü ilə bağlı araşdırmalara başlanıldı

Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumat yayıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən “Masazır” gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.

Həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəld edilməklə həmin əraziyə Baş Prokurorluğun qeyd edilən idarəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

“Qeyd edilən gölün hazırki ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, - məlumatda bildirilib.

Tarix
2020.09.18 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla