Yuxarı

Bakı ilə sıx əməkdaşlıq edirik - UNİSEF

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə sıx əməkdaşlıq edirik - UNİSEF

Pandemiya dövründə məktəblər bağlandığından BMT-nin Uşaq Fondu (UNİSEF) məktəblilər üçün onlayn tədris platformasının hazırlanması ilə bağlı texniki dəstək və məsləhətlərin verilməsində Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edib.

Bu sözləri Axar.az-a açıqlamasında UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

Onun sözlərnə görə UNİSEF eyni zamanda müəllimlərə onlayn dərs platformasında işləyə bilmələri üçün xüsusi təlimatlar verib:

“Bundan başqa, valideynləri evdə uşaqlarına dərs öyrədilməsində kömək məqsədilə vəsaitlərlə təmin etmişik. Yeni dərs ili başlayıb. Bu məqsədlə məktəblərdə müəllimlər, məktəb işçiləri və valideynlərə gigiyena tədbirlərinin əhəmiyyətini, tibbi qoruyucu maskalardan istifadənin vacibliyini vurğulamaq, eyni zamanda valideynlərin uşaqları məktəbə aparıb-gətirərkən sosial məsafənin qorunması qaydalarına riayət olunması ilə bağlı çap və rəqəmsal versiyada maarifləndirici məlumatlar təqdim etmişik. Virtual dərslərin bir müddət davam edəcəyini bildiyimiz üçün valideynlərə uşaqların evdə öyrənmələrinə kömək məqsədilə onlayn təlimatlar verməyə davam edirik”.

Karvardin qeyd edib ki, UNİSEF on iki min termometrin məktəblərə göndərilməsinə yardım edib:

“Həmçinin biz uşaqların uzun müddətdən sonra məktəbə adaptasiya olunmaları üçün psixoloji dəstək göstəririk. Hazırda Təhsil Nazirliyi ilə birlikdə məktəblərin bağlanması və onlayn təhsilə keçidin şagirdlərə necə təsir etdiyi, bunun nəticəsində yaranan problemlərin həlli istiqamətində çalışırıq.

Bir məsələni də qeyd edim ki, pandemiya dövründə nazirlik təhsil məsələsini əsas prioritet halına gətirdi və bununla bağlı Təhsil Nazirliyini təbrik edirəm”.

Tarix
2020.09.21 / 12:55
Müəllif
Ülviyyə Mirzəyeva
Digər xəbərlər

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla