"Bununla da inzibatı tənzimlənmə kompleks tədbirlər
hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan
verəcək".
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar
Bayramov açıqlama verib. O bildirib ki, inzibati tənzimlənmə
nəticəsində süni bahalaşmanın qarşısı alınacaq:
"Nazirlər Kabinetinin qərarına əsasən, dərman vasitələrinin
ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman
vasitələri də qiymətləri dövlət tərəfindən tənzimlənən malların
siyahısına daxil edilib. Tarif Şurasının dərman preparatlarının
qiymətini tənizmlənməsinə başlaması sözügedən bazarda müşahidə
edilən yüksək və daha çox süni xarakter daşıyan qiymətlərlə
bağlıdır. İqtisad və Sosial İnkişaf Mərkəzinin apardığı
monitorinqlər göstərir ki, Azərbaycanda dərmanların qiyməti qonşu
ölkələrlə müqayisədə xeyli yüksəkdir. Belə ki, oxşar dərman
preparatlarının Bakıdakı qiyməti orta hesabla Türkiyə ilə
müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir. Eyni zamanda
digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək
olaraq qalmaqdadır.
Ölkə prezidentinin ötən müşavirədə dərmanların qiymətinin yüksək
olduğunu qeyd etməklə tapşırıqlarını verməsi əslində sözügedən
bazarda qiymətlərin tənzimlənməsinin vacibliyini bir daha gündəmə
gətirmişdi. Praktiki olaraq, dərman bazarındakı süni qiymətlərin
inzibati tənzimlənməsinə ehtiyac var idi".
İqtisadçı qiymətlərin Taarif Şurası tərəfindən tənzimlənməsi və
bu yöndə ola biləcək dəyişikliklərə də toxunub:
"Əslində, bu, dərman bazarındakı qiymət tavanın
müəyyənləşdirilməsidir. Bu, təcrübədən fərqli bazarlar üçün hətta
inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil, bazar
iqtisdiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati
təzimlənmənin müsbət tərəfi ondadır ki, bazarda qiymət artımlarının
qarşısı alınacaq. Bununla yanaşı qiymət tənizmlənməsində əsas
məqsəd eyni zamanda endirimlərə nail olmaqdan ibarət olmalıdır.
Bunun üçün qiymətləri tənzimlənən hər bir dərman preparatının maya
dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiymətin
müəyyənləşdirilməsinə ehtiyac var.
Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun
olmaqla yanaşı iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir
göstərməməlidir. Qiymət tənizmlənməsi fonduna bazarda qiymətlərin
əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin
gücləndirilməsi, həm də yerli istehsalın genişləndirilməsi olduqca
vacibdir. Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan
məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə
idxaldan asılılığın aradan qaldırılması və bazara ucuz məhsulların
daxil olmasına səbəb olacaq. Bununla da inzibatı tənzimlənmə
kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar
almasına imkan verəcək".