Yuxarı

“Azəriqaz” və "Azərişıq" rəhbərləri Gəncədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” və "Azərişıq" rəhbərləri Gəncədə

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar.

“Azəriqaz” İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər.

Hər iki qurumun rəhbəri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıb. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazinin 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

Tarix
2020.10.17 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla