Yuxarı

Tərtərdə son vəziyyət: 300-ə yaxın mərmi düşdü, 15 ev dağıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Axar.az Report-a istinadən xəbər verir ki, otyabrın 19-u səhər saatlarından başlayaraq düşmən rayon ərazisinə 300-ə yaxın top mərmisi atıb.

Ermənilərin dinc sakinləri hədəfə alaraq ağır artilleriya vasitəsilə atdığı top mərmiləri nəticəsində ümumilikdə 3 ev tamamilə dağılıb, 15 evə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini, 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşadığı evə isə ciddi ziyan dəyib.

Xatırladaq ki, Tərtər rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisi nəticəsində ümumilikdə 14 nəfər ölüb, 53 nəfər yaralanıb.

Tarix
2020.10.19 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla