Yuxarı

Erməni hiyləsi: tankı bu yolla “gizlədirlər” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni hiyləsi: tankı bu yolla “gizlədirlər” – Video

07:00

Ermənistan hərbi texnikalarını Ordumuzun hədəfindən yayındırmaqdan ötrü tibbi maşınlar üçün nəzərdə tutulmuş fərqlənmə nişanlarından istifadə edir. Ermənilər xüsusən Teleqram kanallarında sözügedən texnikaların fotosunu paylaşaraq, Ordumuzun guya humanitar məqsədli texnikaları vurması haqda yalan məlumatlar yayırlar. Maraqlıdır, üzərinə tibbi maşınlar üçün nəzərdə tutulmuş fərqlənmə nişanı olan hər hansı zitehli texnika vurula bilərmi?

Məsələ ilə bağlı Axar.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, zirehli nəqliyyat vasitəsinin üzərinə tibbi maşınlar üçün nəzərdə tutulan fərqlənmə nişan olsa belə, onun vurulmasında heç bir problem yoxdur:

“Məsələ ondadır ki, bu tip hərbi texnikaların üzərində böyük və kiçik çaplı toplar və ya atəş qurğuları olur. Yəni üzərində tibbi maşınlar üçün nəzərdə tutulan fərqlənmə nişanı olsa belə, bu, həmin texnikanı toxunulmaz etmir. Məsələyə məntiqlə yanaşsaq, gərək üzərində bu nişanı daşıyan tank və ya digər hərbi vasitələri də vurmayaq. Ermənistan hərbi texnikalarını Ordumuzun hədəfindən yayındırmaq üçün belə bir hiyləyə əl atır.

Bundan əlavə, piyadaları daşıyan MAZ, KAMAZ və s. tipli maşınların da üzərinə bəzən sözügedən fərqlənmə nişanı vurulur. Bu tip maşınlar bəzən qida, dərman, hətta silah-sursat belə daşıya bilər. Lakin bu da həmin maşınları sırf fərqlənmə nişanı var deyə toxunulmaz etmir.

1907-ci il tarixli Haaqa Konvensiyası humanitar məqsədli və ya tibbi maşınların vurulmasını qəti şəkildə qadağan edir və bu, müharibə cinayəti sayılır. Lakin indiki müharibə pilotsuz aparatlarla aparıldığı üçün onu idarə edən ekipaj üzvləri bu maşınların silah-sursat daşıdığını müəyyən etdiyi təqdirdə vura bilər”.

Tarix
2020.10.30 / 12:17
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla