Yuxarı

Bakı Dairəvi-1 avtomobil yolu açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dairəvi-1 avtomobil yolunun şəhər istiqamətinə doğru olan hissəsi təmirdən sonra istifadəyə verilib.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb. Artıq yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 210 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri, "Oyunlar zolağı" çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Bundan başqa yolun kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib.

Tarix
2015.05.06 / 11:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla