Yuxarı

BDU-nun işçi heyətinə smart Təhsil kartı təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-nun işçi heyətinə smart Təhsil kartı təqdim edildi

Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin işçi heyətinə Kapital Bank-ın smart Təhsil kartları təqdim edilib.

Axar.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və Bakı Dövlət Universitetinin təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, smart Təhsil kartı vasitəsilə ali və orta ixtisas təhsil müəssisələrinin işçi heyəti məvaciblərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Həmçinin smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.

Gələcəkdə bu kartların əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, müəllimlər üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.

Qeyd edək ki, indiyədək Kapital Bank tərəfindən smart Təhsil kartları Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təhsili müəssisələrinin təhsilalanlarına təqdim edilib. Gələcəkdə digər ali və orta ixtisas təhsil müəssisələrinin təhsilalanlarına və işçi heyətinə də analoji kartlar verilməsi nəzərdə tutulur.

Tarix
2020.11.24 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla