Yuxarı

Prezident 1 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:40

Prezident İlham Əliyev Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. Müəyyən edilsin ki:

1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Qanunun 16.2-ci maddəsində “orqan (qurum)” dedikdə tabeliyində dövlət peşə təhsili müəssisəsi olan icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; 2018, № 12 (I kitab), maddə 2614; 2019, № 2, maddə 211; 2020, № 8, maddə 1029) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “5-1.9-cu” sözlərindən sonra “, 8-1.2-ci” sözləri əlavə edilsin;

2.2. 2.9-cu və 2.10-cu bəndlərdə “8-1-сi” sözləri “8-1.1-ci” sözləri ilə əvəz edilsin.

3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7, maddə 893) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “10.21-ci” sözlərindən sonra “, 16.2-ci” sözləri əlavə edilsin;

3.2. 2.4-cü bənddə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

3.3. 2.5-ci bənddə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz olunsun və həmin bəndə “icra hakimiyyəti orqanları” sözlərindən sonra “, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər hüquqi şəxslər” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 sentyabr tarixli 1165 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddə “192 – 194-cü” sözləri “192.1 – 192.11-ci, 193-cü, 194-cü” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. həmin Məcəllənin 192.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi baxır;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanundan irəli gələn məsələləri həll etsin.

Tarix
2020.11.24 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla