Yuxarı

Gəncədən Kəlbəcər və Laçına yol çəkiləcək – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədən Kəlbəcər və Laçına yol çəkiləcək – Rəsmi

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib.

O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:

“Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur”.

Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib:

“Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkiləcək. R29 yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə aparacaq. Daha bir yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir”.

A. Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi yolunun tikintisi nəzərdə tutulur. Hazırda Agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır.

O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq.

Tarix
2020.11.26 / 09:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla