Yuxarı

Nazirlik növbəti monitorinqin nəticəsini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik növbəti monitorinqin nəticəsini açıqladı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti fasiləsiz qaydada həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bu məqsədlə noyabrın 26-da keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Ziya təkər evi” ticarət obyektində, Emin Əliyarova məxsus mebel sexində, “AMEX” MMC-nin ofisində, Nərimanov rayonunda “Albero concept” MMC-yə məxsus mebel mağazasında, Nəsimi rayonunda "Dynamex express” MMC-də, "Best brands group MA" MMC-yə məxsus “LC Waikiki geyim mağazası”nda, Sabunçu rayonunda Miri İbrahimova məxsus “Şüşə kəsim sexi”ndə, Suraxanı rayonunda Əvəz Baxşalıyevə məxsus “Tikinti malları” mağazasında, Xətai rayonunda “Rahat market Babək”də, Cahangir Quliyevə məxsus mağazada, Xəzər rayonunda Pirəli Məmmədova məxsus tikinti malları mağazasında, Yasamal rayonunda Günay Bayramovaya məxsus pərdə mağazasında, Ümid Həsənliyə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Tarix
2020.11.27 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Şamaxıya getdi

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla