Yuxarı

Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı

Ölkədə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Lənkəran rayon prokurorluğundan Axar.az-a bildirilib ki, Lənkəran rayon Xarxatan kənd sakini 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olmuşdur.

Həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən Lənkəran Beynəlxalq Mühafizə Xidməti MMC-də işə düzəlməsi müəyyən edilmişdir.

Lənkəran Beynəlxalq Mühafizə Xidməti MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2020.12.02 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla