Yuxarı

OBA Beynəxalq Əlillər Gününü qeyd etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
OBA Beynəxalq Əlillər Gününü qeyd etdi - Video

OBA marketlər şəbəkəsi “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Bakı-Abşeron ərazilərində yaşayan onlarla əlil ailəsini ərzaq yardımı ilə sevindirib.

Axar.az xəbər verir ki, xüsusi günləri daim diqqət mərkəzində saxlayan OBA marketlər şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Əlillər Günü münasibətilə aztəminatlı əlil ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar təqdim olunub.

Belə ki, OBA marketlər şəbəkəsi tərəfindən əlil ailələrinə yardım çərçivəsində I, II qrup ömürlük gözdən əlil, Qarabağ veteranı, yataq xəstəsi, ömürlük əlil bronxial astma və şəkər xəstəsi, ömürlük əlil onkoloji xəstəsi, daim kənar şəxsin köməyinə ehtiyac duyan, eşitmə əngəlli və nitq qüsurlu olan insanların ailələri ziyarət edilib, onların həyat, məişət şəraiti ilə tanış olunub və qida, qeyri-qida, meyvə-tərəvəz məhsulları ilə yardımlar təqdim edilib.

Onu da qeyd edək ki, OBA marketlər şəbəkəsi yalnız xüsusi günlərdə deyil, mütəmadi olaraq köməyə ehtiyacı olan ailələrə həm şirkət, həm də şirkət əməkdaşları olaraq yardımlar edir.

OBA marketlər şəbəkəsinin yenilikləri haqqında ətraflı məlumat almaq üçün obamarket.az saytına daxil ola bilər və ya yeni istifadəyə verilən Teleqram kanalını izləyə bilərsiniz.

Tarix
2020.12.03 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla