Yuxarı

Körpü uçdu, alternativ yol salındı - Lənkəranda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Körpü uçdu, alternativ yol salındı - Lənkəranda

"Azəryolservis" ASC Lənkəranda Boladiçay üzərində yerləşən qəzalı körpünün çökməsi ilə bağlı məlumat yayıb.

ASC-dən Axar.az-a verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində ötən gün saat 20 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb.

Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.

Minik avtomobillərin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.

Tarix
2015.05.13 / 17:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla