Yuxarı

Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Nazirliyin əməkdaşları ailə ilə görüşərək, yaşayış vəziyyətlərini öyrənib.

Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.

Ailənin yanmış evinin olduğu torpaq sahəsində nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.

Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.

Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirik!

Tarix
2020.12.04 / 12:29
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla