Yuxarı

Bakıda yaşadığı yeri tərk edən korona xəstəsi tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yaşadığı yeri tərk edən korona xəstəsi tutuldu

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb. Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla, müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Tarix
2020.12.05 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla