Yuxarı

Dövlət əhəmiyyətli 2 yolun tikintisi yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin təmir-tikinti işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən inşa edilib. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Yol boyu əlaqələndirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, 46 km-lik yol boyu yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində olmaqla 3 avtomobil körpüsünün inşası aparılıb. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.

Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac olduğundan müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid tikilib, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılıb.

"M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Anoloji tikinti işləri bu yolda da görülüb. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa olunub. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı və 5.2-ci km-də Qarasu çayı üzərində salınıb. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.

Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.

Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi

Tarix
2021.01.13 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla