Yuxarı

Şagirdlərimizdən beynəlxalq olimpiadada böyük uğur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdlərimizdən beynəlxalq olimpiadada böyük uğur

Yanvarın 7-12-də Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib.

Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, Azərbaycan məktəbliləri olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fidan Qarayeva, həmin liseyin 10-cu sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emil Xəlilov və Muhamed Nuriyev, eləcə də Bakı şəhəri 72 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Cavad İsmayılzadə, Bakı şəhəri 117 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıblar.

Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Murad Bəşirov gümüş, həmin gimnaziyanın 11-ci sinif şagirdi Sirac Yəhyazadə və Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin 10-cu sinif şagirdi Fəxriyyə Məmmədova, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala layiq görülüblər.

İnformatika fənni üzrə isə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Tarix
2021.01.13 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

Prezidentdən qərar: Bu kreditlərin faizləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla