Yuxarı

AMEA-da struktur dəyişikliyi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-da struktur dəyişikliyi oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Akademiyadan Axar.az-a verilən məlumata görə, iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev və vitse-prezident, akademik Rasim Əliquliyev iştirak edib.

Tədbirdə struktur dəyişiklikləri haqqında əməkdaşlara məlumat verilib.

Elmi Şuranı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb. Bildirib ki, iclasın keçirilməsində məqsəd Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi iclasında seçilmiş və Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş Fizika İnstitutunun direktoru akademik Arif Həşimovu kollektivə təqdim etməkdən ibarətdir. O, akademikin elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, A.Həşimov 1971-ci ildən Fizika İnstitutunda işləyir. A.Həşimovun tanınmış alim, akademik Çingiz Cuvarlı məktəbinin yetirməsi olduğunu və bu məktəbin ənənələrini layiqincə davam etdirdiyini vurğulayıb. Akademik D.Tağıyev bildirib ki, Fizika İnstitutu Akademiyanın işçilərin sayına görə ən böyük institutlarındandır və həmişə dünyada tanınan qabaqcıl institutlarından olub. O, bundan sonra da İnstitutun inkişaf edəcəyinə və həmişə olduğu kimi irəlidə olacağına ümid etdiyini bildirib.

Akademik Rasim Əliquliyev AMEA-nın Ümumi Yığıncağında AMEA nizamnaməsində dəyişiklər olacağını qeyd edib. Vurğulayıb ki, yeni struktur dəyişikliyinə əsasən, baş direktor və icraçı direktor vəzifəsi təsis edilib. İnstitutun icraçı direktor vəzifəsini fizika elmləri doktoru, professor Anar Rüstəmovun icra edəcəyini bildirib.

Tarix
2021.01.26 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla