Yuxarı

Azərbaycanda “uşaq əmanət” i hansı bankda var?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda “uşaq əmanət” i hansı bankda var?

Bütün dünyada, əsasən də Avropa ölkələrində valideynlər övladlarının gələcəyini yaxşılaşdırmaq üçün onlar hələ uşaqkən adlarına bankara əmanət yerləşdirirlər. Digər əmanət növlərindən adətən daha yüksək faizlə və uzun müddətli qəbul edilən bu əmanət növü Azərbaycanda fəaliyyət göstərən hansı banklarda var?

Bununla bağlı Axar.az-ın bir neçə banka göndərdiyi sorğuların nəticəsini təqdim edirik:

“Kapital Bank”da belə əmanət növü yoxdur.

“AccessBank”da “uşaq əmanət” növü olmasa da, valideyn uşağı ilə birlikdə banka yaxınlaşaraq hər ikisinin adına əmanət aça bilər. Lakin uşaqların adına açılan həmin əmanətlər böyüklər üçün nəzərdə tutulan eyni şərtlərlə qəbul edilir. Yəni uşaqlar üçün xüsusi güzəştlər nəzərdə tutulmur.

“Yello Bank”, “Beynəlxalq Bank” və “Bank of Baku”da da uşaq əmanəti yoxdur.

“Rabitəbank”da isə “Uşaq yığım” əmanəti var. Həm milli valyuta, həm də ABŞ dolları ilə valideynlər minimal 100, maksimum 100 min AZN/USD məbləğində illik 5% manat, 0,5% dollar yerləşdirə bilərlər.

Əmanətin artırılması isə ayda bir dəfə minimum 100 manat/dollar, maksimum 1 000 manat/dollar ola bilər. Hesablanmış faizlər ildə bir dəfə əsas məbləğin üzərinə əlavə edilir və əlavə edilmiş məbləğə də faiz hesablanır. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə tamam olmuş il üçün hesablanmış faizlər cərimə tutulmadan ödənilir, natamam il üçün hesablanmış faizlər ödənilmir.

Məbləğin qismən çıxarılması zamanı isə faizlərin təkrar hesablanması məxaric edilən hissəyə aid edilir.

Tarix
2021.02.07 / 09:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla