Yuxarı

Vaksin vurduranlar xaricə səfər zamanı test verməlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaksin vurduranlar xaricə səfər zamanı test verməlidir?

Əgər xarici ölkəyə səfər edən Azərbaycan vətəndaşı koronavirusa qarşı tamamlanmış vaksinasiya olunubsa, yəni iki dozada peyvənd vurdurubsa, bu halda onun COVİD-19 testi verməsinə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, hazırda xarici ölkəyə səfər zamanı COVİD-19 testinin neqativ olması tələb olunan şərtlərdəndir:

"Lakin artıq bəzi ölkələrdə, o cümlədən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir. Buna görə də xaricə səfər edən şəxs iki dozada peyvənd olunubsa, onun PCR üsulu ilə yenidən COVİD-19 testi verməsinin məntiqi izahı yoxdur. Bu səbəbdən də peyvənd olunanlar səfər zamanı vaksin vurdurmalarını təsdiq edən sənəd təqdim etməlidirlər".

C.Aşurov əlavə edib ki, peyvənd olunmanı tələb etməyən ölkələrə səfər edənlər COVİD-19 testi verməlidirlər. Ölkələrdən asılı olaraq, neqativ nəticəsi olan bu testin qüvvədə olma müddəti 48-72 saat olur.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirmişdi ki, xarici ölkəyə səfər zamanı vətəndaşlardan peyvəndin edilməsi barədə tələb olunacaq arayış elektron sistemdən çıxarılmaqla veriləcək.

Onun sözlərinə görə, peyvənd olunan bütün şəxslər haqqında məlumatlar elektron bazada toplanılır. Peyvənd olunanların şəxsiyyət vəsiqəsinin fin kodunu daxil etməklə sistemdə bu barədə məlumat almaq mümkündür:

“Əgər peyvənd edilən şəxslərə hər hansı xarici ölkəyə səfər zamanı peyvənd olunma haqqında sənəd tələb olunarsa, biz sistemdən məlumatları çıxararaq ona arayış təqdim edə biləcəyik”.

Qeyd edək ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər zamanı şəxsin uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsinin olması vacibdir. Rusiyaya uçuş üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.

Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.

Tarix
2021.02.22 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla