Yuxarı

Nazir "Bayraqdar"ın müharibədəki rolundan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir "Bayraqdar"ın müharibədəki rolundan danışdı

Gördük ki, danışıqlar yolu ilə torpaqlarımızı qaytarmaq mümkün deyil. Dünya ictimaiyyəti də Ermənistanın işğalına göz yumurdu. Ancaq biz Türkiyənin də siyasi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdik. 44 günlük müharibə bizə bir şeyi də göstərdi: XXI əsrin müharibəsi texnologiya savaşıdır. Zəfərimizdə Türkiyə istehsalı “Bayraqdar” zərbə PUA-larının rolu çox böyükdür.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ankara Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Emin Əmrullayev söyləyib.

Onun sözlərinə görə, Vətən müharibəsindəki qələbə azərbaycanlıların Xocalı soyqırımına baxışını da dəyişdirib: “Çünki biz keçmişdə Xocalıdan bəhs edərkən məğlub bir xalqın fərdləri kimi danışırdıq. İndi ilk dəfə Xocalıdan danışarkən qələbə çalmış bir xalqın fərdi olaraq bəhs edirik. Gələcək nəsillərə Xocalını unutdurmamaq üçün görüləcək çox işimiz var. Zəfər əldə etdik, ancaq ədalət əldə etmək üçün görüləcək işimiz çoxdur”.

Nazir Xocalıda baş verən faciənin Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi olduğunu deyib: “Azərbaycanlılar 1992-ci ilin fevralınadək uzun illər birgə yaşadıqları ermənilərin onları bu şəkildə qətlə yetirəcəklərini ağıllarına belə gətirmirdilər. Hətta vaxtı ilə Ermənistanın prezidenti olmuş Serj Sərkisyanın təbiri ilə desək, Xocalı qırğını ermənilər azərbaycanlı dinc sakinləri öldürməz tabusunu qırıb”.

E.Əmrullayev tədbir iştirakçılarına Xocalı soyqırımında ermənilərin azərbaycanlı 613 mülki şəxsi öldürüldüyünü xatırladıb:

“Ermənistan ordusu 1992-ci il fevralın 26-da girdiyi Xocalıda uşaq və qadınlar daxil olmaqla yüzlərlə dinc sakini öldürüb və mindən çox insanı əsir götürüb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində böyük soyqırımı gerçəkləşdirən ermənilər 29 il öncə 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirib. Son illərdə törədilən ən böyük soyqırımı və hərbi cinayət olaraq tarixə keçən Xocalı soyqrımının günahkarları hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar”.

Tarix
2021.02.23 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla