Yuxarı

DİM-dən bu müəllimlərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM-dən bu müəllimlərlə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.

DİM-dən Axar.az-a bildirilib ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.

Yanvarın 15-dən fevralın 25-dək keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 6 min 496 nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 89 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər.

Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaq. Bu da onların seminarlarda qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 16 min 83 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər təşkil olunacaq.

Tarix
2021.02.26 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla