Yuxarı

Nazirlik bu şəxsləri cəzalandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bu şəxsləri cəzalandırdı

Bir ay ərzində özəl sektora aid yerlərdə 1572 əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin mayında əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilmiş ümumilikdə 1572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.

Qeyd olunan hüquq pozuntularının işəgötürənlər tərəfindən aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilib. Ötən ay əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib və cərimələrin 55,83 faizi (191121 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin may ayına dair müvafiq göstərici ilə müqayisədə 42.997 manat və ya 29,02 faiz çoxdur.

Ümumilikdə bu ilin 5 ayında vətəndaşların əmək hüquqlarının təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması məqsədilə DƏMX tərəfindən həyata keçirilən təsirli tədbirlər ölkədə iş yerlərinin və məşğul əhalinin mütəmadi artımı şəraitində əmək qanunvericiliyinin pozulması hallarının getdikcə azalmasına şərait yaradıb. Belə ki, Xidmət tərəfindən aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında 8,27 faiz, o cümlədən may ayında 15,34 faiz azalıb.

Tarix
2015.06.04 / 18:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla