Yuxarı

“Kənddən şəhərə” yarmarkası: qiymətlər açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kənddən şəhərə” yarmarkası: qiymətlər açıqlandı

Bu gündən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, yarmarkalar “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub.

Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.

Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edirik:

Kartof 0.45 AZN, soğan 0.55 AZN, alma 0.40 AZN, pomidor 1.20 AZN, mandarin 1.70 AZN, portağal 1.50 AZN, badımcan 1.30 AZN, kələm 0.30 AZN, çuğundur 0.60 AZN, kök 0.60 AZN, yumurta 0.25 AZN, xurma 0.50 AZN, nar 1.50 AZN, göyərti 0.10 AZN, heyva 0.70 AZN.

Qeyd edək ki, “Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Tarix
2021.03.06 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla