Yuxarı

Bu prospektdə “Oyunlar zolağı”nın yeri dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu prospektdə “Oyunlar zolağı”nın yeri dəyişdirildi

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş "Oyunlar zolağı"nın yeri dəyişdirilib.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə "Oyunlar zolağı" yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Qeyd edək ki, bundan öncə anoloji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən "20 Yanvar" tunelindən keçməklə "20 Yanvar" dairəsi istiqamətində olan yolda atılmışdı.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən "20 Yanvar" dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda "Oyunlar zolağı" ləğv edilib.

Tarix
2015.06.06 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla