Yuxarı

Bu, Tehran üçün qəbuledilməzdir - Arakçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Tehran üçün qəbuledilməzdir - Arakçı

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı avqustun 8-i keçirilən mətbuat konfransında bildirib.

"Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir. Biz razılaşmaya çox yaxınıq, lakin boğazın açılması ABŞ-ın İslamabad memorandumu ilə bağlı yol verdiyi pozuntuların nəticələrinin aradan qaldırılması da daxil olmaqla digər şərtlərdən asılıdır", - o deyib.

Arakçının sözlərinə görə, daha əvvəl qüvvədə olan gəmilərin hərəkətinin ayrılması sistemi artıq İranı qane etmir:

“Əhəmiyyətli texniki və hüquqi çətinliklərlə müşayiət olunan yeni sxemin hazırlanması zəruridir. Bu çətinliklər nəzərə alınmaqla, hazırda müvəqqəti marşrut müzakirə olunur. O, yeni daimi sxem razılaşdırılana qədər fəaliyyət göstərəcək və onun əsasına çevriləcək. İran və Omanın hərbi və hərbi dəniz nümayəndələri mövcud xəritələr əsasında danışıqlar aparıblar. Bu danışıqlara yekun vurulduqdan sonra yeni marşrut müəyyən ediləcək".

Arakçı həmçinin ABŞ-ni İslamabad memorandumunu pozmaqda günahlandıraraq bildirib ki, hər belə hal ayrı-ayrılıqda nəzərdən keçirilməlidir:

“İran memorandumun beşinci bəndini yerinə yetirib, buna əsasən bir ay ərzində gəmiçilik adi səviyyəyə qayıtmalı idi. İki həftə ərzində onun intensivliyi normal səviyyənin 60%-nə çatmışdı. Lakin amerikalılar, İranın xəbərdarlıqlarına baxmayaraq, İranın boğazın idarə edilməsindəki rolunu şübhə altına almağa çalışaraq, Hörmüz boğazında yeni marşrutların yaradılmasına nail olmağa başladılar. Memorandumun pozulması və bu rolun mübahisələndirilməsi Tehran üçün qətiyyən qəbuledilməzdir”.

Tarix
2026.08.08 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla