Yuxarı

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev Türkiyə Cümhuriyyəti Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təqdim olunan "Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı"na layiq görülüb.

Kult.az xəbər verir ki, bu barədə birlik tərəfindən Rafiq Əliyevə rəsmi bildiriş və dəvət məktubu göndərilib.

Qeyd olunub ki, Türkiyə Respublikasının 3335 saylı Qanunu çərçivəsində Nazirlər Kabinetinin icazəsi ilə beynəlxalq mədəni əməkdaşlıq qurumu kimi fəaliyyət göstərən Türk Dünyası Yörük Türkmən Birliyi bu il üçüncü dəfə Beynəlxalq Türk Dünyası Elm Mükafatlarını təqdim edəcək.

Azərbaycanın görkəmli alimi Rafiq Əliyevə mükafat 8 oktyabr 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində təqdim olunacaq.

15 kateqoriya üzrə mükafatların təqdim ediləcəyi mərasim Türk Dövlətləri Təşkilatı, TİKA, YTB, TÜRKSOY və digər qurumların dəstəyi ilə baş tutacaq.

Bu mükafat elmi araşdırmaları, innovativ ideyaları və beynəlxalq əməkdaşlığı təşviq edir. Mükafata müxtəlif elm sahələrində mühüm nəticələr əldə etmiş şəxslər namizəd göstərilir. Təltifetmə mərasimləri türk dünyasında elmi əməkdaşlığın inkişafına töhfə verən alimlərin tanıdılmasına xidmət edir. Mükafat türk dövlətləri arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə dəstək verən təşəbbüslərdən biri hesab olunur.

Tarix
2026.08.04 / 14:31
Müəllif
Kult.az
Digər xəbərlər

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla