Yuxarı

"İranlı iş adamlarına zəmanət verməyə hazırıq"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İranlı iş adamlarına zəmanət verməyə hazırıq"

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün İrana səfəri çərçivəsində Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb və münasibətlərin güclənməsi ilə əməkdaşlığın daha da inkişaf edəcəyi qeyd olunub.

Görüşdə V.Talıbov tərəflərin hazırda əkinçilik və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etdiyini və Naxçıvan MR-in iranlı iş adamlarının investisiyasına zəmanət verməyə hazır olduğunu bildirib: "Azərbaycanın iş adamları İranda və Araz Azad Ticarət Zonasında investisiya yatırmaqda maraqlıdırlar. İqtisadi və ticarət əlaqələrinin genişlənməsi üçün çoxlu sahələr mövcuddur".

Şərqi Azərbaycan əyalətinin başçısı İ.Cabbarzadə öz növbəsində bidirib ki, İran hökuməti qonşu ölkələrlə bütün sahələrdə münasibətlərin genişlənməsində maraqlıdır və bu strategiyaya uyğun olaraq, Naxçıvan MR ilə əlaqələrin genişlənməsi üçün faydalı addımlar atılır.

İ.Cabbarzadə əlavə edib ki, Prezident Həsən Ruhani hökuməti Azərbaycan, o cümlədən Naxçıvan MR ilə əlaqələrin genişlənməsinin zəruriliyini həmişə vurğulayıb: "Biz bu münasibətlərin genişlənməsində sərhəd tanımırıq".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbovun İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizə səfəri bu gün başlayıb.

Səfər çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir.

Tarix
2015.06.09 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla