Yuxarı

Atın maşını vurmasına sığortadan reaksiya - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atın maşını vurmasına sığortadan reaksiya - Foto

Beynəlxalq Sığorta Şirkəti atını nəzarətsiz buraxdığına görə yol qəzasına səbəb olmuş vətəndaşı məhkəməyə verməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, şirkət at sahibinin məsuliyyət daşıdığını qeyd edib:

"Şirkət hələ ki, məhkəməyə müraciət etməyib, amma bu variant nəzərdən keçirilir. Çünki qəzaya nəzarətsiz buraxılmış atlar səbəb olub. Son nəticədə sığortalı "Hunday Sonata"ya ziyan dəyib. Dövlət Yol Polisi atların sahibləri olan Cəlilabad sakinləri Əzizağa Qurbanov və Məlik Xəlilov haqqında inzibati protokollar tərtib edərək onları cərimələyib".

Cəlilabad sakini Məlik Xəlilovun müraciətində bildirilirdi ki, hazırda iş Cəlilabad rayon Məhkəməsindədir. Onun sözlərinə görə, hadisə bu il, mayın 17-də Bakı-Astara şosesində baş verib.

Yolla hərəkət edən 90 CF 081 nömrəli "Hunday Sonata" markalı minik avtomobili həm onun, həm də qonşusunun atını vurub. Nəticədə qonşunun atı ölüb, Məlik Xəlilovun atının isə qıçı sınıb. Avtomobil Beynəlxalq Sığorta Şirkətində sığortalandığı üçün şirkət onun sahibinə dəymiş zərəri ödəyib, sonra isə həmin məbləği məhkəmə yolu isə at sahibindən istəyib.

Şirkətdən fins.az-a deyilib ki, heyvanları nəzarətsiz buraxmaq və müəyyən edilməyən yerlərdən keçirmək qanun pozuntusudur: "Bundan əlavə, Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən atın sahibindən avtomobilə dəymiş zərəri tələb etmək hüququmuz var.

Buna görə də Beynəlxalq Sığorta Şirkəti Ə.Qurbanova və M.Xəlilova məktubla müraciət edərək avtomobilə dəyən zərərin hesablanmasında iştirak etməyə dəvət edib. Avtomobilə dəymiş zərərin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcək".

Tarix
2015.06.11 / 19:12
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

Bakcell lotereyasında 7-ci lüks avtomobil uduldu!

Bakı beynəlxalq əməkdaşlıq platformalarının oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı...

Nə qədər ərazi minalardan təmizlənib? - XİN

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla