Yuxarı

Cəmil Həsənlinin qızının işi: Mahiri hansı cəza gözləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmil Həsənlinin qızının işi: Mahiri hansı cəza gözləyir?

Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə görə, şəxsi həyata müdaxilə qadağandır. Heç kimin şəxsi həyatına müdaxilə oluna bilməz. Buna görə qanunvericilikdə sanksiya nəzərdə tutulub. Bu, Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsində göstərilib.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov MŞ sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin gizli videolarının yayılması ilə bağlı DİN-də aparılan istintaq haqda danışarkən deyib.

O bildirib ki, iki şəxsin arasında olan foto və video çəkilişlər, mesajlar, şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatların şəxslərin razılığı olmadan media və sosial şəbəkələrdə yayılması cinayət məsuliyyətinə səbəb olur.

Məcəllənin 156-cı maddəsinin pozulmasına görə həmin şəxsə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalana bilər.

Qeyd edək ki, mart ayının sonunda yayılan məlum görüntülərlə bağlı G.Həsənli polisə şikayət ərizəsi verib. DİN-dən bu gün mediaya verilən açıqlamada isə hazırda araşdırmanın davam etdiyi vurğulanıb.

Sözügedən görüntüləri Mahir Allahverdiyev adlı şəxsin yaydığı qeyd edilir.

Tarix
2021.04.16 / 15:12
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Erməni rəqqas Bakıda: Stepanakert dedi, səhvini düzəltdi - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla