Yuxarı

Millət vəkili bir qrup qazi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili bir qrup qazi ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili qazilərin döyüş yolu və qayğıları ilə yaxından maraqlanıb, onları öz cəbhə xatirələrini yazmağa və yeniyetmlərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə töhfələr verməyə çağırıb.

Qazilər - baş leytenant Tərlan Babaşov, leytenant Toğrul Məmmədov, əsgər Emil Qasımlı, I Qarabağ müharibəsinin qaziləri Çingiz Şirinov, Çingiz Babayev, II qrup Qarabağ əlili Etibar Yusifovu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

“Əziz qazilər, sizin və cəbhə yoldaşlarınızın fədakarlığı, fəaliyyəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, mülki həyatda sizə yeni uğurlar diləyirəm!”

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.

Tarix
2021.04.19 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla