Yuxarı

17 yaşlı azərbaycanlını öldürən rus faşisti əməlini etiraf etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
17 yaşlı azərbaycanlını öldürən rus faşisti əməlini etiraf etdi

Azərbaycanlı tələbə Timur Qavrilovu öldürməkdə ittiham olunan Rusiyanın Volqoqrad vilayətinin 22 yaşlı sakini Vitali Vasilyevin məhkəməsinin ilk iclası keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, məlumatı Volqoqrad vilayət məhkəməsinin mətbuat xidməti yayıb.

V.Vasilyev faşist baxışlarına görə Volqoqrad Tibb Universitetinin Azərbaycandan olan 17 yaşlı tələbəsi Timur Qavrilovu qətlə yetirib. Məhkum rus milliyyətçisi ona qarşı irəli sürülən ittihamı etiraf edib. Məhkəmənin növbəti iclası 2021-ci il aprelin 27-də Volqoqrad vilayət məhkəməsində keçiriləcək.

Məlumata görə, cinayət 2020-ci il iyunun 12-dən 13-nə keçən gecə Volqoqradın Voroşilov rayonunun Raboçye-Krestyansk küçəsində baş verib. Vasilyev 17 yaşlı tələbə Timur Qavrilova hücum edib. Rus milliyyətçisi ona 20-yə yaxın bıçaq zərbəsi vurub. Vitali Vasilyev iyunun 22-də Belarusa qaçmağa çalışarkən Rusiyanın Smolensk şəhərində tutulub.

Tarix
2021.04.20 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla