Yuxarı

6 ay əvvəl törədilmiş cinayətin təfərrüatı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 ay əvvəl törədilmiş cinayətin təfərrüatı açıqlandı

26 noyabr 2020-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində Əli Calal oğlu Əliyevin bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yasamal Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə Həsənağa Abdullayev dostu Elvin Şəmmədov ilə birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev və Eltac Rəsulov ilə Yasamal rayonu, 2-ci Alatava ərazisində görüşən zaman Həsənağa Abdullayev cüzi mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Əli Əliyevə xəsarətlər yetirərək qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edən şəxslərin üzərinə doğru hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Həsənağa Abdullayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Elvin Şəmmədov isə CM-nin 221.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2021.05.07 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla