Yuxarı

Cibgir bacılar saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cibgir bacılar saxlanıldı - Video

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. D.Ağammədova və F.Ağammədova cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaları və içində olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub. Əldə edilən kamera görüntülərindən və bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisində avtobuslarda cibgirliklər edib.

Qeyd edək ki, saxlanılan zaman Yaşar Məmmədlinin üzərindən heroin və cibgirlik edən zaman əldə etdiyi bank kartlarından bəziləri aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Dilşad Ağammədova, Fəridə Ağammədova və Yaşar Məmmədlinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə, Bakı Şəhər Baş Polis İdarəsi və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermə bilərlər.

Tarix
2021.05.16 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla