Yuxarı

Bu avtobuslar Bakı Karta keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtobuslar Bakı Karta keçir

Bakı Nəqliyyat Agentliyi sərnişin daşımalarında nağdsız ödənişlərin tətbiqini davam etdirir.

Qurumdan Axar.az-a verilən məlumata görə, artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu da vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər işçilərin sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Mayın 17-dən 20-nə qədər daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki,

17.05.2021-ci il tarixində 29 və 81

18.05.2021-ci il tarixində 71 və 83

19.05.2021-ci il tarixində 53 və 66

20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək. Bununla da Bakı Kart sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Tarix
2021.05.16 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla