Yuxarı

Azərbaycan çaylarında son durum açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan çaylarında son durum açıqlandı

Keçən gün ərzində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar bəzi çaylarda sululuğun azalması müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 16-da Kiçik Qafqazın ərazisindən axan Axıncaçay - Ağdam məntəqəsində suyun səviyyəsi 20, Gəncəçay - Zurnabadda 12, Qoşqarçay - Sərkarda 3, Zəyəmçay - Ağbaşlar və Kürəkçay - Çaykənd məntəqələrində 6, Əsrikçay - Əsrik Cırdaxanda 5, Şəmkirçay - Qalakənd və Qabırrı - Kəsəmən məntəqələrində 2 santimetr azalıb. Böyük Qafqazın ərazisindən axan Vəlvələçay - Təngəaltı məntəqəsində suyun səviyyəsi dəyişməyib. Bundan əlavə, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay - Vaqo məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb, Lənkərançay - Sifidor və Viləşçay - Şıxlar məntəqələrində isə dəyişiklik müşahidə olunmayıb.

May ayının ikinci ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 72, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında normanın 21-80, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 24-47 faizini təşkil edir.

Mayın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 328 kubmetr/saniyəyə bərabərdir. Bu da normanın 44 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 13 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 134 kubmetrdir. Bu da ongünlük normanın 66 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 14 santimetr azalaraq 444, Şirvan məntəqəsində 12 santimetr azalaraq və 249, Bankə məntəqəsində 6 santimetr azalaraq 162, Araz çayının Novruzlu məntəqəsində isə 15 santimetr azalaraq və 155 santimetr olub.

Tarix
2021.05.16 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

Naxçıvandan başlayan müstəqillik yolu

Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto

Qazaxıstanla ticarət dövriyyəmiz 547 milyon dollara çatıb

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla