Axar.az
Yuxarı

Axar.Az Logo

İlham Əliyev 5 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:54

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 287-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin ikinci cümləsində, 81-1.1-ci, 81-1.2-ci, 99.1.1-ci maddələrində, 127-4-cü maddəsinin adında, 127-4.1-ci maddəsinin birinci cümləsində (hər üç halda) və ikinci cümləsində, 127-4.4-cü, 127-4.6-cı, 127-5.1.1-ci, 127-5.1.2-ci, 127-5.1.3-cü (hər iki halda) maddələrində, 127-5.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-5.3-cü (hər iki halda) maddəsində, 127-6.1-ci maddəsinin ikinci cümləsində və 127-6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 127-4.1-ci (üçüncü halda) və 127-4.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 127-5.1.3-cü (ikinci halda) və 127-5.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 76.1-ci maddəsinin ikinci cümləsində, 81-1.1-ci, 81-1.2-ci, 99.1.1-ci maddələrində, 127-4-cü maddəsinin adında, 127-4.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 127-4.4-cü, 127-5.1.3-cü maddələrində və 127-5.2-ci maddəsinin ikinci cümləsində (ikinci halda) “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 127-4.1-ci maddəsinin ikinci cümləsində, 127-5.1.1-ci, 127-5.1.2-ci maddələrində, 127-5.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 127-6.1-ci maddəsinin ikinci cümləsində və 127-6.3-cü maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 127-5.3-cü maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1312 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə “97.1-ci maddələrində” sözlərindən əvvəl “76.1-ci maddəsinin ikinci cümləsində, 81-1.1-ci, 81-1.2-ci,” sözləri, “127-1.2-ci (ikinci halda)” sözlərindən əvvəl “99.1.1-ci maddəsində,” sözləri və “192.3” rəqəmlərindən əvvəl “,127-4-cü maddəsinin adında, 127-4.1-ci maddəsinin birinci cümləsində (hər üç halda) və ikinci cümləsində, 127-4.4-cü, 127-4.6-cı, 127-5.1.1-ci, 127-5.1.2-ci, 127-5.1.3-cü (hər iki halda) maddələrində, 127-5.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-5.3-cü (hər iki halda), 127-6.1-ci maddəsinin ikinci cümləsində və 127-6.3-cü maddələrində,” sözləri əlavə edilsin;

2.2. 4.20-1-ci bəndə “Məcəllənin” sözündən sonra “127-4.1-ci (üçüncü halda), 127-4.6-cı,” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 4.14-1-ci, 4.15-2-ci, 4.20-2-ci və 4.20-3-cü bəndlər əlavə edilsin:

“4.14-1. həmin Məcəllənin 127-4.1-ci maddəsinin ikinci cümləsində, 127-5.1.1-ci, 127-5.1.2-ci maddələrində, 127-5.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 127-6.1-ci maddəsinin ikinci cümləsində və 127-6.3-cü maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur;”;

“4.15-2. həmin Məcəllənin 127-5.1.3-cü (ikinci halda) və 127-5.3-cü maddəsində (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;”;

“4.20-2. həmin Məcəllənin 76.1-ci maddəsinin ikinci cümləsində, 81-1.1-ci, 81-1.2-ci, 99.1.1-ci maddələrində, 127-4-cü maddəsinin adında, 127-4.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 127-4.4-cü, 127-5.1.3-cü maddələrində və 127-5.2-ci maddəsinin ikinci cümləsində (ikinci halda) “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi nəzərdə tutulur;

4.20-3. həmin Məcəllənin 127-5.3-cü maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 287-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.

2. Müəyyən edilsin ki:

2.1. dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) həyata keçirir;

2.2. dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları (bundan sonra – sığorta vəsaiti) Nazirliyin xüsusi xəzinə hesabında toplanır və Fondun xüsusi bank hesabına köçürülür;

2.3. sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.3.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

2.3.2. sığorta ehtiyatının yaradılmasına;

2.3.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

2.4. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;

2.5. hər il üçün dövlət icbari şəxsi sığortası üzrə gəlir və xərclərin bu Fərmanın 2.3-cü bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsünü Nazirlik təsdiq edir;

2.6. bu Fərmanın 2.3.2-ci yarımbəndi üçün nəzərdə tutulan sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur:

2.6.1. sığorta ehtiyatı Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında depozitə yerləşdirilir;

2.6.2. sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanın 2.3.3-cü yarımbəndində göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir;

2.6.3. sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir;

2.6.4. cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir;

2.7. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar sığorta haqlarının idarə olunması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar Nazirlik və Şirkət müvafiq sənədlərin və məlumatların 2021-ci il dekabrın 31-dək təhvil-təslim işlərini təmin etsinlər.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında və 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175, № 7, maddə 1349, № 11, maddə 2016; 2018, № 8, maddə 1689; 2019, № 4, maddə 660; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1312 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.2-ci bəndə “qərarları” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” üzrə:

1.2.1. 1.2.1-ci yarımbəndə “qərarların” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların” sözləri əlavə edilsin;

1.2.2. 4.0.10-cu yarımbəndə “qərarı” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları” sözləri əlavə edilsin;

1.2.3. 4.0.11-ci yarımbəndə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilsin;

1.2.4. 7.1.1-ci yarımbəndə “qərarı” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolu” sözləri əlavə edilsin;

1.2.5. 7.1.5-1-ci yarımbəndə “foto” sözündən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın, habelə” sözləri əlavə edilsin;

1.2.6. 7.5-ci bəndə “məbləği,” sözündən sonra “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri əlavə edilsin;

1.2.7. 7.9-cu bəndə “qərarla” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolla” sözləri əlavə edilsin;

1.2.8. 7.10-cu bəndə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilsin;

1.2.9. 7.18-ci bəndin birinci cümləsinə “qərarın” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3.7-ci yarımbəndə “aparılması” sözündən sonra “, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi və bununla bağlı icraatın aparılması” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 4.1.14-1-ci yarımbənd əlavə edilsin:

“4.1.14-1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644; 2019, № 1, maddə 73) ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın 3.3-cü bəndinin birinci cümləsində “19-cu və 20-ci maddələrində” sözləri “20-ci maddəsində, həmçinin 2021-ci il yanvarın 1-dək qüvvədə olan 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrində” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718) ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 5.7-ci bəndinə “saxlanma xərcləri” sözlərindən sonra “və dövlət icbari şəxsi sığortası vəsaitləri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Tarix
2021.05.18 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sabah hava necə olacaq?

Cəbrayılın Cəfərabad kəndi - Video

Daha iki erməni Azərbaycan tərəfə keçdi...

Sabah məktəblərdə “Son zəng” olacaq

Azərbaycanda qadın beşəm dünyaya gətirdi

Əmlak bazarındakı bahalaşmanın səbəbi nədir?

Abel Məhərrəmovun restoranında toy: DİN-dən açıqlama

Azərbaycanda 41 minə yaxın insan peyvənd olundu

Bölmələrimiz şərti düşmən hədəflərini məhv etdi - Video

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla