Yuxarı

Bölgələrdə 6 saat qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bölgələrdə 6 saat qaz olmayacaq

Bu gün 6 saat ərzində bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-dən Axar.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Zərdab" və "Balakən", Qazax Magistral qaz kəmərləri sahəsinin "Qazaxbəyli", Astara Magistral qaz kəmərləri sahəsinin "Nərimankənd", "Avrora" və "Cəlilabad" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tarix
2015.06.24 / 10:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla