Yuxarı

Nazirlik 11 mindən çox işsizi sevindirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik 11 mindən çox işsizi sevindirib

Nazirlik 5 ay ərzində 11 min 100 nəfərdən çox işsiz və işaxtaran vətəndaşı işlə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti orqanları yanvar-may aylarında 11114 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib.

Xidmətin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə müvəqqəti xarakterli işlərə olan tələbatlar barədə sifarişlər qəbul edilərək, belə işlərdə çalışmaq istəyən şəxslərə təklif olunur. Beş ay ərzində həmin birjalar tərəfindən 1477 nəfər şəxs sifarişlər əsasında müvəqqəti xarakterli işlərə göndərilib.

Qeyd olunan dövrdə DMX tərəfindən haqqı ödənilən ictimai işlərə göndərilən vətəndaşların sayı 410 nəfər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərin sayı isə 1453 nəfər təşkil edib.

Tarix
2015.06.24 / 14:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla