Yuxarı

Binəqədi İH-in şəhidlər adına əkdiyi ağaclar quruyur – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəqədi İH-in şəhidlər adına əkdiyi ağaclar quruyur – Foto

14:32

Binəqədi Rayon Məhkəməsinin qarşısında Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün əkilən 2900 ağacdan bəziləri suvarılmadığı üçün quruyub.

Sahədə işləyən inzibati işçilərin Axar.az-a verdikləri məlumata görə, ərazidə 3 su quyusu olsa da, həmin quyular su ilə doldurulmur:

"Sahəyə yeni suvarma sistemi də çəkilib. Lakin quyularda su olmadığı üçün bir nasosdan gələn suyu üç hissəyə bölməklə ağaclar suvarılır. Nəticədə ağacların böyük əksəriyyəti susuzluqdan quruyub. Bu barədə aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir nəticəsi olmayıb.

Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün sahəyə şəhidlərimizin sayı qədər - 2900 ağac əkildi. Növbə ilə quruyan ağacları sulayırıq. Yenidən yaşıllaşır. Lakin su olmadığına görə bir müddət sonra yenidən quruyur. Dəfələrlə müraciət etmişik ki, quyular su ilə təmin edilsin. Bu, şəhidlərin xatirəsinə hörmətsizlikdir”.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva saytımıza açıqlamasında bildirib ki, adı çəkilən ünvanda baş verən suvarma problemi müvəqqəti texniki nasazlıq idi:

“Hazırda problem aradan qaldırılıb və ağacların suvarılması ilə bağlı problem öz həllini tapıb. Məsələ Rayon İcra Hakimiyyətinin tam nəzarətindədir”.

Tarix
2021.06.24 / 22:05
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla