Yuxarı

Vətən savaşının “internat döyüşçüsü” niyə medal almadı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən savaşının “internat döyüşçüsü” niyə medal almadı?

Vətən müharibəsinin iştirakçısı Elçin Əhmədovun bu gün sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Maştağa qəsəbəsi 1 nömrəli tam internat məktəbində böyüyən Elçin Əhmədov ona medal verilməmə səbəbini belə şərh etdi: “Divarları yazdığım üçün heç bir medal təqdim olunmadı. Vətən sağ olsun!”

Bu barədə Axar.az-a danışan Elçin Əhmədov deyib ki, medal almamasının səbəbini bilmir:

“Çox düşünüb analiz etdim. Bircə ağlıma divarı yazmağım gəldi. Döyüşlərə könüllü getmişdim. Cəbrayıl, Hadrut, Xocavənd, Xocalının kəndləri və Şuşa istiqamətində gedən bütün döyüşlərdə sona kimi iştirak etmişəm. Artıq mənim böyük bir ailəm var. Medal almaqdan daha gözəl xalqımın, millətimin sevgisini qazanmaq oldu. Bu mənə bəsdir. Ən əsası torpaqlarımızın işğaldan azad olunması idi. Bu, mənim üçün daha böyük fəxr və qürur hissidir”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, əgər E.Əhmədovun adına medalla bağlı raport yazılıbsa, bu, araşdırılacaq:

“Vətən müharibəsi iştirakçılarına medal verilməsi hələ davam edəcək. Müharibənin bitməsindən az vaxt keçib. Müharibə iştirakçılarının hər biri araşdırılacaq, qəhrəmanlıq göstərən hər bir kəs lazımi qaydada mükafatlandırılacaq”.

Qeyd edək ki, Vətən müharibəsində Elçin Əhmədovun Hadrutda divara yazdığı “Maştağa 1 nömrəli internat” sözləri sosial şəbəkələrdə gündəm olmuşdu.

Tarix
2021.06.25 / 13:43
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla